Uzun müddətdir yanğınlar və fırtınalarla mübarizə aparan Yunanıstanda "Daniels" qasırğasında 200 mindən çox heyvanın tələf olduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər 61 min 786 qoyun-keçi, 19 min 355 donuz, 5 min 306 iribuynuzlu heyvan və 123 min 810 quşun tələf olduğu barədə açıqlama verilib.
Qeyd olunub ki, ölü heyvanlara yaxınlaşmaqda, Avgenakisin sözlərinə görə, onların toplanması və idarə olunmasında problemlər var.
Aygün
Manşet.az