Baydenin oğluna qarşı 3 ittiham irəli sürüldü

13:30 - 15 Sentyabr 2023

Baydenin oğluna qarşı 3 ittiham irəli sürüldü

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı üç ittiham irəli sürülüb. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, hər üç ittiham odlu silahla bağlıdır.

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokuror tərəfindən silah alarkən və narkotik aludəçisi olduğu halda silaha sahib olmaqda ittiham edilib.

İlk iki ittiham üzrə 5 ildən 10 ilədək həbs cəzası, üçüncü ittiham üzrə isə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ-də federal qanuna görə, silah alqı-satqı ərizəsi formasında yalan ifadə vermək və ya narkotik istifadəçisi kimi odlu silaha sahib olmaq cinayət sayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az