Şahzadə Diananın məşhur sviteri rekord qiymətə satıldı

15:08 - 15 Sentyabr 2023

Şahzadə Diananın məşhur sviteri rekord qiymətə satıldı

26 il əvvəl vəfat edən Uels şahzadəsi Diananın "qara qoyun" kimi tanınan qırmızı sviter hərracda rekord qiymətə satılıb.

 

Manset.az xarci mediaya istinadən xəbər verir ki, şahzadə Diananın 1981-ci ildə İngiltərə kralı III Çarlzla nişanlanarkən birlikdə getdikləri polo matçında geyindiyi ikonik qoyun naxışlı sviteri Nyu Yorkda Sotheby's Hərrac Evində keçirilən hərracda 1,14 milyon dollara alıcı tapıb.

Əvvəlcə 50 min ilə 80 min dollar arasında qiymətləndirilən sviterin yeni sahibinin adı açıqlanmayıb.

Qeyd edib ki, ağ qoyunlar arasında tək qara qoyunu olan sviterin gizli məna daşıdığı iddia edilib. Beləki, sviterin üzərindəki qara qoyunun Diananın kral ailəsindən kənarda qalmasını ifadə etdiyi ifadə edilib.

Viktoriya və Albert Muzeyində məşhur sviterin surəti saxlanılır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az