Google-un məkan izləmə proqramlarında istehlakçı pozuntuları ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Google texnologiya şirkəti ABŞ-ın Kaliforniya ştatı ilə "məkan izləmə tətbiqləri ilə bağlı istehlakçıları çaşdırmaqda" ittiham olunduğu iddiada 93 milyon dollar ödəmək barədə razılığa gəlib.
Beləki, ABŞ-ın Kaliforniya ştatında istehlakçıların məkan icazəsi ləğv olunsa da, izlənildiyi aşkar edildikdən sonra Google məhkəməyə müraciət edərək cərimələnib.
Google bu mövzuda heç bir günahının olmadığını bildirsə də, razılaşma çərçivəsində bəzi məhdudiyyətləri qəbul edib.
Aygün
Manşet.az