Rusiyaya etdiyi səfər başına bəla oldu – Adı ölüm siyahısına əlavə edildi

17:19 - 15 Sentyabr 2023

Rusiyaya etdiyi səfər başına bəla oldu – Adı ölüm siyahısına əlavə edildi

Ukrayna hökumətinə bağlı olan “Mirotvorets” adlı qrup Rusiyaya səfər edən və Putini dəstəkləyən Şimali Koreya lideri Kim Çen İni “milli düşmən” elan edərək ölüm siyahısına əlavə edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Mirotvorets” qrupu elana Kim Çen İn haqqında şəxsi məlumatları da daxil edib.

Bir müddət əvvəl ABŞ-ın  təhdidinə baxmayaraq Şimali Koreya liderinin zirehli qatarla Rusiyaya getməsi və Ukraynadakı işğalı açıq şəkildə dəstəkləməsi ukraynalıları qəzəbləndirib.

Qeyd edək ki, hücumlarda qruplaşmanın daha əvvəl ölənlər siyahısında olduğu açıqlanan ukraynalı yazıçı Oles Buzina və siyasətçi Oleq Kalaşnikov öldürülüb. Qrupun ölüm siyahısına, həmçinin, NBC News müxbiri Keir Simmons, kino ulduzu Eva Elfie və Qazaxıstan lideri Kasım Jomart Tokayev daxildir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az