Meksikada sərgilənən UFO-ların pərdə arxasındakı həqiqət üzə çıxdı

17:52 - 15 Sentyabr 2023

Meksikada sərgilənən UFO-ların pərdə arxasındakı həqiqət üzə çıxdı

Meksika Konqresinin xüsusi iclasında nümayiş etdirilən UFO qalıqların yadplanetlilərə aid olması nəzəriyyəsinin arxasında duran həqiqət üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir qrup alim UFO adlandırılan kəllə sümüyünün üz hissəsinin qırıldığını, yalnız beyin korpusunun qaldığını və bu hissənin “yadplanetli” başının ön hissəsinin formalaşdırılması üçün istifadə edildiyini bildirib.

Mançester Universitetindən professor Maykl Qarret Britaniyanın Dailymail qəzetinə verdiyi açıqlamada bildirib ki, əgər iddialar doğru olsaydı, “Nature or Science” kimi jurnallardakı məqalələrdə elmi məlumatlar və sübutlar görərdik. Meksika Konqresinin bu cür cəfəngiyyata yol verməklə nə etmək istədiyini anlamıram.  

Elm adamı Julieta Fierro isə Maussanın verdiyi bir çox detalın mənasız olduğunu vurğulayıb. O, qalıqların dünyadan kənar olduğunu anlamaq üçün rentgen şüalarından çox daha qabaqcıl texnologiyaya ehtiyac duyulacağını qeyd edib.

"Scientists Against Myths” YouTube kanalında alim Aleksandr Sokolov tərəfindən bir qrup alimin toplaşdığı canlı yayımda tədqiqatçılar yadplanetli olduğu iddia edilən qalıqların əslində "insan və heyvan sümükləri qarışığı" olduğunu iddia edib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az