Pakistanın keçmiş daxili işlər naziri həbs edildi

09:55 - 18 Sentyabr 2023

Pakistanın keçmiş daxili işlər naziri həbs edildi

Pakistanın Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd paytaxt İslamabadla bitişik Ravalpindi şəhərindəki evində saxlanılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Şeyx Rəşid Əhmədin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil.

Keçmiş daxili işlər nazirinin saxlanması ilə bağlı polis hələlik açıqlama verməyib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az