Çeçenistan lideri Ramzan Kadırov səhhətinin yaxşı olduğu barədə video yayımlayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, şəxsi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yayılan xəbərlərin şayiə olduğunu və işlərinə davam etdiyini bildirib.
Qeyd edək ki, ötən gecə çeçen liderin komada olduğu barədə xarici mətbuatda çoxlu sayda məlumatlar yayılmışdı.