Almaniya kansleri Olaf Şolz ölkəsindəki uzun bürokratik proseslərdən şikayətlənib və bu vəziyyəti dəyişmək istədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri "Welt am Sonntag" qəzetinə verdiyi müsahibədə Almaniyanı iqtisadi cəhətdən "bütün fırtınalara hazırlanmış yelkənli qayıq"la müqayisə edib.
Şolz bildirib ki, zəif artım yaşadığımız açıq-aşkar görünür. Bunun əsas səbəbi Çin başda olmaqla bəzi ixrac bazarlarımızın zəifləməsidir. Bu vəziyyət bizim kimi ixracatçı ölkəyə təsir edir.
Kansler qeyd edib ki, Rusiyanın Ukraynaya hücumunun nəticəsi olan yüksək inflyasiya və enerji qiymətlərinin artması ilə üzləşirik. Covid-19 epidemiyası səbəbindən tədarük zəncirlərinin müvəqqəti pozulması hələ də diqqət çəkir. Enerji qiymətlərinin hələ də çox yüksək olduğunu və düşməsi lazım olduğunu ifadə edib. Buna görə də külək enerjisi və günəş enerjisinin yayılmasını sürətləndirdiklərini vurğulayıb.
Almaniya kansleri xaricdən ixtisaslı işçi qüvvəsinin gətirilməsinin vacibliyinə toxunub. Maşınqayırma, avtomobil sənayesi, kimya sənayesi və iqtisadiyyatın bir çox digər sektorları keyfiyyətcə güclü olduqları üçün tələbat olmağa davam edəcək. kansler bildirib ki, bu məqsədlə “Bacarıqlı İmmiqrasiya Qanununu” tətbiq ediləcək və onun vasitəsilə mühəndislərdən tutmuş ixtisaslı işçilərə qədər bütün bacarıq səviyyələrində istedadlar cəlb ediləcək.
Aygün
Manşet.az