İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər tətilə çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bəzi həmkarlar ittifaqının çağırışı ilə bütün ölkə üzrə ictimai nəqliyyat sektorunda çalışan işçilər maaş şəraitinin yaxşılaşdırılması və həftəlik iş vaxtının 35 saatla məhdudlaşdırılmasını tələb edərək tətilə başlayıblar.
Tətildə iştirak şəhərə görə dəyişib. Tətil səbəbindən paytaxt Romada metro xətlərindəki 5 dayanacağın nəqliyyata bağlandığı, avtobusların əksəriyyətinin fəaliyyət göstərdiyi, lakin bəzi səfərlərin ləngidiyi bildirilib.
Romada tətildən xəbərsiz çox sayda insanın avtobus dayanacaqlarında avtobus gözlədiyi görülüb.
Turizm şəhərlərindən biri olan Venesiyada avtobus və bərə işçilərinin 70 faizinin tətilə qatıldığı bildirilib.
Cənubdakı Potenza şəhərində tətildə iştirakın 80 faiz, Matera şəhərində isə bu nisbətin 70 faiz civarında olduğu qeydə alınıb.
Bildirilib ki, ölkənin ikinci böyük şəhəri olan Milanda tətildə iştirak digər yerlərlə müqayisədə daha az olub.
O da bildirilib ki, tətil səbəbindən müxtəlif şəhərlərdə şəhər nəqliyyatında ara-sıra fasilələr yaranıb.
Ayügn
Manşet.az