Sabah, sentyabrın 19-da Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında səfərdə Tehranın “Persepolis” komandası ilə qarşılaşacaq.
Manset.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı superulduzun Tehrana gəlişi iranlı futbolsevərlər arasında inanılmaz səs-küyə səbəb olub.
Böyük izdiham otelə gedən yolda “Əl-Nəsrin avtobusunun arxasına qaçıb. Otelin yaxınlığında və hətta onun içərisində Ronaldo ilə şəkil çəkdirmək, avtoqraf almaq istəyənlərə görə böyük sıxlıq yaşanıb.
This is the reception Cristiano Ronaldo and Al-Nassr received in Iran 😳
— B/R Football (@brfootball) September 18, 2023
(via @AlNassrFC)pic.twitter.com/mhxa8kVDNV