“Twitter” tezliklə tam ödənişli ola bilər

10:39 - 19 Sentyabr 2023

“Twitter” tezliklə tam ödənişli ola bilər

Tesla və Space X şirkətlərinin sahibi olan Elon Mask sosial media platforması X-in tezliklə ödənişli olabiləcəyini söyləyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maskın sözlərindən sonra şirkətdən rəsmi açıqlama verilməyib.

Elon Mask iddia edib ki,  botlarla və ya "avtomatlaşdırılmış" hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır. Mask sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçid edirik deyib. Mask bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.

Mütəxəssislər bildiriblər ki, Mask düşünülməmiş açıqlama verib. Çünki sistem ödənişli olarsa  X-in istifadəçilərinin sayı və reklam gəlirləri sürətlə azala bilər. BBC Maskın sözlərindən sonra daha ətraflı məlumat almaq üçün X ilə əlaqə saxlasa da, şirkətdən heç bir açıqlama verilməyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az