Muxtar Babayevlə İlxom Abduraxmon arasında görüş keçirildi

14:28 - 19 Sentyabr 2023

Muxtar Babayevlə İlxom Abduraxmon arasında görüş keçirildi

Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Manset.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Tacikistan arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair  fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az