Şimali Kipr Türk Respublikasından Azərbaycana DƏSTƏK

00:17 - 20 Sentyabr 2023

Şimali Kipr Türk Respublikasından Azərbaycana DƏSTƏK

Şimali Kipr Türk Respublikasının (ŞKTC) baş naziri Ünal Üstel Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatına dəstək verib.

 

Manset.az xəbər verir ki, Baş nazir Üstel Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatla bağlı Facebook-da açıqlama verib.

Əməliyyata dəstəyini ifadə edən Üstel, “Bir millət üç dövlət olaraq gördüyümüz qardaş Azərbaycanın öz suverenliyi sərhədləri daxilində vətəndaşlarına qarşı aqressiv münasibəti və yeni statusları aradan qaldırmaq üçün haqlı mübarizəsini dəstəkləyirik. Bilinməlidir ki, Qarabağ Azərbaycandır, Kipr Türk Xalqı isə bu haqq mübarizədə qeyd-şərtsiz sizinlədir”-deyə Üstel bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az