Keniya prezidenti Vilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün Mombasa limanında taxıl mərkəzi açacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ruto bu barədə X sosial media platformasında açıqlama verərkən deyib. Keniya prezidenti bildirib ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Ruto, həmçinin, ölkəsinin iztirabları yüngülləşdirmək və dağıntıları dayandırmaq üçün Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edib.
Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artan ərzaq qiymətləri səbəbindən çətin günlər yaşayan Afrika ölkələri iki ölkə arasında sülhün əldə edilməsi təşəbbüsü ilə çıxış ediblər.
Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib və tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.
Aygün
Manşet.az