26 barmaqlı körpə xalq tərəfindən ilahə kimi qəbul edildi

11:37 - 20 Sentyabr 2023

26 barmaqlı körpə xalq tərəfindən ilahə kimi qəbul edildi

Hindistanın Bharatpur şəhərində 26 barmaqla dünyaya gələn körpə ailəsi və yerli əhali tərəfindən ilahə kimi qəbul edilib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi genetik xüsusiyyətlərə malik körpə çoxbarmaqlı tanrıça Dholagarh Devinin reinkarnasiyası kimi görünür.
Dholagarh Devi çoxlu qolu olan gənc qız kimi təsvir edilir və bölgədə hörmət edilən bir tanrıçadır. Ailənin bu oxşarlığı qəbul etməsi körpənin doğulduğu yerin yaxınlığında yerləşən Dholagarh Devi məbədində də böyük həyəcan yaradıb.
Beləki, kiçik qız hər əlində yeddi, hər ayağında altı barmaq ilə doğulub. Tibbdə bu vəziyyət genetik anormallıq kimi təsvir edilsə də, ailəsi üçün fövqəltəbii hadisənin əlaməti hesab olunur.
Körpənin anası Sarju Devi bu qeyri-adi vəziyyətdən çox sevindiyini bildirib. Körpənin Mərkəzi Ehtiyat Polis Qüvvələrində məmur olaraq çalışan atası da bu vəziyyətdən çox razıdır.
Bildirilib ki, 26 barmağa sahib olmaq heç bir sağlamlıq problemi yaratmır, bu, sadəcə genetik anormallıqdır. Hələlik ailə körpənin əlavə barmaqlarının cərrahi yolla çıxarılması ilə bağlı qərar verməyib.
Aygün
Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az