İttiham olunan şəxs ölüm xəbərini yayaraq qaçmağa çalışdı

14:53 - 20 Sentyabr 2023

İttiham olunan şəxs ölüm xəbərini yayaraq qaçmağa çalışdı

ABŞ-ın Oklahoma ştatında polis qayıq qəzasında öldüyü barədə yalan xəbər yayaraq uşaq istismarı ittihamlarından qaçmağa çalışan şübhəlini yaxalayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, şübhəli Melvin Emdenin balıq tutarkən qayıtdan yıxılaraq boğulduğu ilə bağlı xəbəri oğlunun hazırladığı xəbərlə yaydığı bildirilib.

Polis hadisə ilə bağlı axtarışa başlayıb və Emdenin cəsədini tapa bilməyib. Daha sonra şübhəlinin uşağa təcavüz etdiyi üçün axtarışda olduğu müəyyən edilib.

Ailəsi Emdenin ölümü ilə bağlı yalan xəbərlər yayaraq ona qarşı irəli sürülən ittihamdan yayınmağa çalışmaqda şübhəli bilinib.

Emde ABŞ-ın Corciya ştatında nömrəsiz motosikletlə gedərkən polis təqibi zamanı qəzaya düşüb. Emdenin nəzarətə alındığı və istintaqın davam etdiyi bildirilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az