İkinci Dünya Müharibəsindən qalan gəminin görüntüləri üzə çıxdı

15:51 - 20 Sentyabr 2023

İkinci Dünya Müharibəsindən qalan gəminin görüntüləri üzə çıxdı

İkinci Dünya Müharibəsi zamanı batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Yorktown və Yaponiya İmperator Hərbi Dəniz Qüvvələrinə məxsus Akagi və Kaqa təyyarədaşıyan gəmilərinin qalıqları Sakit Okeanın Havay adaları sahillərindəki Papahanaumokuakea Milli Dəniz Abidəsi ərazisində üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qalıqlar sualtı tədqiqat qrupunun 5 günlük sualtı araşdırması zamanı görünüb.

Araşdırmalar çərçivəsində 25 il əvvəl qalıqları aşkar edilən Yorktown təyyarə gəmisi ilk dəfə ətraflı şəkildə görüntülənib. Yaponların ələ keçməməsi üçün batırdıqları Akagi və Kaqa gəmiləri də ətraflı şəkildə araşdırılıb. Qeyd edək ki, yeri 2019-cu ildə təsbit edilən Akagi 1942-ci ildə batdıqdan sonra ilk dəfə görüntülənib.

Qeyd edək ki, Papahanaumokuakea Dəniz Milli Abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az