Almaniya kansleri Olaf Şolz çoxqütblü dünyanı lazımınca əks etdirmədiyini əsas gətirərək Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatlar tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şolz bunu BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı deyib. Almaniya kansleri BMT-nin status-kvodan yapışmaması və gələcəyin çağırışlarına üz tutmamalı olduğunu bildirib.
Şolz Afrika, Asiya və Latın Amerikasının BMT-də daha çox çəki qazanması lazım olduğunu qeyd edib.
Almaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bu mövzuda məsuliyyəti öz üzərinə götürmək istədiyini bildirən Şolz Almaniyanın 2027-2028-ci illər üçün namizədliyinin dəstəklənməsini istəyib.
Baş nazir 50 il əvvəllə müqayisədə bu gün dünyada iki deyil, çoxlu güc mərkəzinin olduğunu ifadə edib.
Ukrayna-Rusiya müharibəsinə toxunan Şolz müharibədən təkcə ukraynalıların deyil, bütün insanların da inflyasiya, artan borclar, gübrə qıtlığı, aclıq və artan yoxsulluqdan təsirləndiyinə diqqət çəkib.
Almaniya kansleri Şolz bildirib ki, Rusiya prezidenti Vladimir Putin sərəncamla bu müharibəyə son qoya bilər.
Aygün
Manşet.az