İndoneziyada TikTok fenomeni olan 33 yaşlı Lina Lutfiawati Tiktok hesabında paylaşdığı videoda donuz əti yeməkdən əvvəl Bismillah dediyi videoya görə 2 il həbs cəzasına məhkum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lina həbs cəzasına əlavə olaraq 16 min 245 ABŞ dolları məbləğində pul cəzasına məhkum edilib və bu pulu vaxtında ödəməsə, həbs müddəti 3 ay uzadılacaq.
Linanın videosu çəkilərkən o, İndoneziyanın qalan hissəsindən fərqli olaraq, əsasən hinduların yaşadığı bir turizm məkanı olan Balidə tətildə olub. Burada fenomen donuz ətinə maraq göstərdiyi üçün dadına baxmağa cəhd etdiyini deyib.
Milyonlarla baxış sayına çatan video ağır tənqidlərə məruz qalıb. Şikayətdən sonra Linaya qarşı “nifrət dolu məlumat yaymaq və etnik, din və irq əsasında düşmənçilik yaratmaq” ittihamı ilə istintaq başladılıb. Ölkədəki mühafizəkarlar, xüsusən də müsəlman dini təşkilatı olan Üləmalar Şurası Linaya sərt reaksiya verib.
Müsəlman olan Lina hind Bollivud filmlərini sevdiyi üçün Hindistan adını qəbul edib. 2 milyondan çox TikTok izləyicisi olan fenomenin Hindistanda da biznesi var.
Aygün
Manşet.az