ABŞ-da futbol oyunu zamanı insident - 1 nəfər saxlanıldı

20:17 - 20 Sentyabr 2023

ABŞ-da futbol oyunu zamanı insident - 1 nəfər saxlanıldı

ABŞ-ın Alabama ştatının Birmingem şəhərində iki orta məktəb arasında oynanan Amerika futbol matçında marş orkestrinə rəhbərlik edən Conni Mims polisin “musiqi dayandır” xəbərdarlığına məhəl qoymayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, polis orkestrdən matçdan sonra stadionu boşaltmağı xahiş edərkən, Mims son mahnını bitirdikdən sonra ayrılacaqlarını bildirib. Mübahisədən sonra polis Mimsi saxlamağa çalışarkən tələbələrin gözü qarşısında onu elektrik şok tapançası ilə vurub. Həmin anlar polisin kamerasına əks olunub. Stadionda baş verən insidentlə bağlı araşdırmalara başlanıldığı vurğulanıb.

Sentyabrın 14-də baş verən hadisənin görüntüləri ictimaiyyətlə paylaşıldıqdan sonra böyük əks-səda doğurub. Polis idarəsindən verilən açıqlamada Mimsin saxlanma zamanı müqavimət göstərərək bir polis məmurunu itələdiyi, bunun üzərinə polisin elektroşok silahından istifadə etdiyi bildirilib. Nəzarətə alınan Mimsin girov pulunu ödədikdən sonra sərbəst buraxıldığı bildirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az