Teslanın sahibi Elon Maskın Türkiyədə Starlink peyklərinin buraxılması təklifindən sonra BTK və SpaceX rəsmiləri görüşdə bir araya gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşün nəticəsi olaraq BTQ rabitə sektorunun rəyini almaq üçün bazar ertəsi, sentyabrın 25-də qiymətləndirmə toplantısı keçirəcəyini açıqlayıb.
Keçən aylarda Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Teslanın sahibi iş adamı Elon Maska Starlink peyklərini göndərə biləcəyi soruşulub. Elon Mask belə cavab verib: "Starlink hələ Türkiyə hökuməti tərəfindən təsdiqlənməyib. Space X təsdiqlənən kimi onu göndərəcəyik”.
Sonuncu rəsmi açıqlamanı isə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömer Fatih Sayan verib.
Sayan mövzu ilə bağlı paylaşımında bunları deyib: “Aşağı orbitli peyk xidməti göstərən “Starlink” şirkəti ölkəmizdə fəaliyyət göstərmək istədikləri barədə xahişlərini çatdırıb”.
Aygün
Manşet.az