4 il başında paslanmış bıçaq gəzdirdi

12:10 - 21 Sentyabr 2023

4 il başında paslanmış bıçaq gəzdirdi

Çində 4 ildir baş ağrısından əziyyət Li Fuyan adlı kişinin həkimə müraciəti nəticəsində başında iti və paslanmış bir bıçaq olduğu ortaya çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş ağrısı, ağız qoxusu və nəfəs darlığı ilə həkimlərə müraciət edən 30 yaşlı kişinin rentgen görüntüləri həkimləri təəccübləndirib.  

Li dörd il əvvəl sağ alt çənəsindən bıçaqlandığını açıqlayıb.

Həkimlər 25 sm uzunluğunda paslanmış bıçaqla yaşayan Linin bu səbəbdən ciddi şəkildə xəstələnməməsinin "möcüzə" olduğunu söyləyiblər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az