ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baydenin səhnədə ona məhəl qoymaması və əl sıxmamasına əsəbiləşən Silva kameralar qarşısında əl jesti ilə bu vəziyyətə reaksiya verib.
Qeyd edək ki, iki lider görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dünyanın ən yoxsul ölkələrinə, xüsusilə ərzaq və enerji təhlükəsizliyinə təsirlərini müzakirə ediblər.
Aygün
Manşet.az