Məhkəmə binasında nalayiq görüntüləri yayılan hakim özünü müdafiə etdi

10:21 - 22 Sentyabr 2023

Məhkəmə binasında nalayiq görüntüləri yayılan hakim özünü müdafiə etdi

Kolumbiyanın Kukuta şəhərinin hakimi Vivian Polaniyanın məhkəmə binasında bir kişi ilə ədəbsiz qucaq rəqsi etməsinin görüntüləri ortaya çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, həmin görüntülərinin yayılması ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Verilən reaksiyalardan sonra Vivian "İş saatları xaricində əylənirdik" deyərək özünü müdafiə edib.

Rəqsin keçirildiyi tədbirin xərclərini öz üzərinə götürən hakim deyib:

"Sevgi və Dostluq Gününə dəvət olunmuşduq, adı "rəngli parti" idi. Məncə, ədəbsiz video deyildi, sadəcə əylənmək üçün yığəşmışdıq. İş saatları xaricində əylənirdik. Görüntülərdə heç nə yoxdur. Bunun ədəbsiz video olduğunu düşünmürəm"

Qeyd edək ki, bu qadın hakimin tənqidlərə səbəb olan ilk hərəkəti deyil. Keçən il o, videobağlantı vasitəsilə keçirilən dinləmə zamanı yarıçılpaq göründüyü və siqaret çəkdiyi üçün üç aylıq diskvalifikasiya edilmişdi. 2020-ci ildə isə alt paltarında çəkdirdiyi şəkilləri paylaşdıqdan sonra ona qarşı istintaq açılıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az