İstanbuldan Yunanıstana gedən və Liberiya bayrağı altında üzən 183 metr uzunluğundakı “SAPPHO” adlı tanker Uzunburun sahillərində Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə tabe olan yedək gəmiləri cəlb olunub. Çanaqqala boğazında cənubdan şimala gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Boğazdan keçəcək digər gəmilərə nasazlıq barədə məlumat verilib.
Aygün
Manşet.az