"Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil" - Calavyan

11:36 - 22 Sentyabr 2023

\"Bizə nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil\" - Calavyan

Qanunsuz erməni hərbi birləşmələrin rəhbərlərindən biri (əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Ağdərin istiqamətində 7-ci müdafiə rayonuna komandanlıq edirdi) Polkovnik Karen Calavyan bildirib ki, erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil. O, bu barədə Ermənistanın "Hraparak" qəzetinə müsahibəsində bildirib.

 

Manset.az Milli.Az-a istinadən xəbər verir ki, "Erməni xalqına nə Qarabağ, nə də Qarabağ erməniləri lazım deyil, o qədər. Hamı kənara çəkildi. Gedin Nikola deyin ki, gəlib Qarabağı müdafiə edərdi. İstəyirsiniz Nikola deyin, istəyirsiniz Köçəryana, istəyirsiniz Serjikə", - Karen Jalavyan bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az