Süni intellekt autizmin erkən diaqnozunda istifadə olunacaq

15:11 - 22 Sentyabr 2023

Süni intellekt autizmin erkən diaqnozunda istifadə olunacaq

Süni intellekt autizm spektri pozğunluğunun erkən diaqnostikasında istifadə olunacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hacettepe Universitetinin rəhbərlik etdiyi və TÜBİTAK-ın dəstəyi ilə süni intellektin dəstəkləndiyi bu layihədə uşaqların göz bəbəkləri kompüter vasitəsilə izlənərək 18 aylıq ikən autizm diaqnozunun qoyulması hədəflənir.

Layihə vizual diqqət və izah edilə bilən süni intellekt texnologiyalarından istifadə edərək ilk illərdə autizm diaqnozunu qoyacaq.  

Layihə koordinatoru, Hacettepe Universiteti Xüsusi Təhsil Departamentinin rəhbəri Prof. Dr. Selda Özdemir bildirib ki, autizmli uşaqlara adətən daha gec yaşlarda diaqnoz qoyulur. Bu vəziyyət autizmli uşaqlarda ən təsirli dəyişiklik dövrlərini və onların erkən müdaxiləyə reaksiyasını əldən verir.

Layihənin əsas məqsədi autizmli uşaqların fizioloji məlumatlarından istifadə etməklə onlara daha qısa müddətdə diaqnoz qoyulmasını təmin etməkdir.

Özdemir qeyd edib ki, bu tədqiqat dünyada ilk olacaq.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az