Elon Mask türkcə bilən işçi axtarır: Maaş 120 min TL

16:39 - 22 Sentyabr 2023

Elon Mask türkcə bilən işçi axtarır: Maaş 120 min TL

Amerikalı milyarder, iş adamı Elon Maska məxsus SpaceX şirkəti türkcə bilən Starlink nümayəndəsi axtarır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, SpaceX türkcə danışan işçisi üçün reklam yayımlayıb.

SpaceX 2024-cü ildə Türkiyədə Starlink internet xidmətini təqdim edəcək.

SpaceX şirkəti "müştəri xidmətləri" və "müştəri nümayəndəsi" adlı vəzifələr üçün iş elanları dərc edib.

Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət həm türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb.

İş elanında əmək haqqı da açıqlanıb. SpaceX-in işçilərinə ödəyəcəyi əmək haqqı aylıq 120 min TL (təxminən 7 min manatdan çox) təşkil edir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az