Krımın liman şəhəri Sevastopolda Qara Dəniz Donanmasının qərargah binası bu gün Ukrayna hərbçilərinin hədəfi olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə ərazidən sıx bir tüstü buludunun qalxdığı görülüb. Sevastapol qubernatoru Mixail Razvozhayev hücumu təsdiqləyib və əhaliyə “evinizdən çölə çıxmayın” xəbərdarlığı edilib.
Kiyevin itirilmiş torpaqları geri almaq üçün başlatdığı “əks-hücum” davam edir.
Zelenskinin Krımı geri alacağını vəd etməsindən sonra Ukrayna hərbçilərinin intensiv hücumlarına məruz qalan bölgənin ən böyük şəhəri Sevastopoldakı əsas donanma qərargahı raketlərlə hədəfə alınıb.
Aygün
Manşet.az