Avropa İttifaqı (Aİ) yaşayış yerlərinin onlayn bron xidmətləri göstərən “Booking”in aviabilet satan ETravelini əldə etməsinə mane olub.
Manset.az xarici mediya istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi komissarı Didier Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib. Booking Holding-in ETraveli almaq təklifinin Aİ qaydalarına uyğun olmadığını və buna görə də qadağan edildiyini açıqlayıb.
Reynders Booking-in ETraveli-ni satın almasının onlayn turizm agentlikləri bazarında dominant mövqeyini gücləndirəcəyini, otellər və istehlakçılar üçün daha yüksək xərclərə səbəb olacağını vurğulayıb.
ABŞ-da yerləşən Booking Holdinqə Booking.com, Rentalcars, Priceline, Agoda, Kayak, Momondo və Cheapflights kimi saytlar daxildir.
İsveçdə yerləşən ETraveli şirkəti Gotogate, My Trip, Seat24 və SuperSaver brendləri altında aviabilet xidmətləri göstərir.
Aygün
Manşet.az