Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyanı viza böhranı səbəbindən Polşanın daxili işlərinə qarışmaqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın müxtəlif ölkələrdəki konsulluqlarının qeyri-qanuni iş vizaları verməsi Almaniyanın reaksiyasına səbəb olub. Almaniya kansleri Olaf Şolz bəyan edib ki, Polşa konsulluqlarda vizaların minlərlə dollara satıldığına dair iddialara aydınlıq gətirməlidir.
Polşanın xarici işlər naziri Zbiqnev Rau Şolzun bəyanatının dövlətlərin suveren bərabərliyi prinsipini pozduğunu bildirib.
Rau Şolzu ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib və onu Polşanın suverenliyinə hörmətlə yanaşmağa və qarşılıqlı münasibətlərə xələl gətirəcək bəyanatlardan çəkinməyə çağırıb.
Aygün
Manşet.az