İranda qızlar məktəbinin sanitar qovşağına kamera quraşdırıldı

18:31 - 25 Sentyabr 2023

İranda qızlar məktəbinin sanitar qovşağına kamera quraşdırıldı

İranda qızlar məktəbinin sanitar qovşağına kamera quraşdırılıb.

 

Manset.az Azadİran Teleqram kanalına istinadən xəbər verir ki, Tehranda yerləşən “1№-li Fərzəneqan” qızlar məktəbinin şagirdləri ötən il xalq etirazlarında geniş fəaliyyət göstərən məktəblərdən biridir, lakin bu təhsil ocağının əvvəlki direktoru etirazçı şagirdlərin şəxsi məlumatlarını təhlükəsizlik orqanlarına verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

İndi isə məktəbin yeni direktoru şagirdlər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq bəhanəsi ilə məktəbin sanitar qovşağına kameralar quraşdırıb.

Məlumata görə, buna bir çox valideyn və şagird qarşı çıxsa da, Təhsil Nazirliyi sözügedən məktəb direktorunun tərəfində olduğu üçün edilən etirazlara məhəl qoyulmayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az