Ankarada partlayış: Ölən var

19:16 - 25 Sentyabr 2023

Ankarada partlayış: Ölən var

Ankara Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunda partlayış hadisəsi baş verib.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə  Ankara Qubernatorluğu açıqlama yayıb.

Bildirilir ki, Yerli saatla 16.40 radələrində Mamakın Gökçeyurt rayonunda TÜBİTAK-SAGE müəssisəsində kimyəvi tullantıların səbəb olduğu ehtimal edilən partlayış nəticəsində bir nəfərin hadisə yerində ölüb.

Açıqlamada partlayışla bağlı məhkəmə və inzibati araşdırmaya başlanıldığı bildirilib.

Mamak Bələdiyyə Başçısı Murat Köse sosial media hesabından verdiyi açıqlamada hadisədə başqa xəsarət alanların olmadığını və yanğının baş vermədiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az