İŞİD-in yüksək rütbəli komandiri saxlanıldı

00:15 - 26 Sentyabr 2023

İŞİD-in yüksək rütbəli komandiri saxlanıldı

İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandirini saxlayıb.

 

Bu barədə Manset.az TASS-a istinadən xəbər verir.

“Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, -məlumatda bildirilir.

Məlumata görə, Əbu Bahari İŞİD qruplaşmasının “əcnəbi” adlandırılan batalyonuna rəhbərlik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az