“Hazırda ABŞ-də təhlükəli şeylər baş verir” - Bayden

09:29 - 29 Sentyabr 2023

“Hazırda ABŞ-də təhlükəli şeylər baş verir” - Bayden

ABŞ Prezidenti Co Bayden Donald Trampı və onun tərəfdarlarının təsis etdiyi “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatını demokratiya üçün təhlükə adlandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Arizonada çıxışı zamanı bəyan edib.

“Hazırda ABŞ-də təhlükəli şeylər baş verir. Demokratiyamızın əsas prinsiplərini bölüşməyən MAGA adlı bir hərəkat mövcuddur”, - deyə C.Bayden vurğulayıb.

C.Bayden bir qədər də irəli gedərək vurğulayıb ki, hazırkı Respublikaçılar Partiyası MAGA hərəkatının prinsiplərini rəhbər tutur.

“Əgər onların ideyaları həyata keçərsə, ABŞ-nin demokratiya təsisatları köklü şəkildə dəyişikliyə məruz qalacaq”, - deyə C.Bayden bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az