Rusiyada 27 yaşlı sevgilisini öldürən və cəsədini ət maşını ilə məhv edən qatil Vladimir Putin tərəfindən əfv edilib və Ukraynada döyüşdüyü üçün həbsdən azad edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkədə reaksiyalara səbəb olub.
Ruslar Putinin normal həyata qayıtmağa icazə verilən qatı cinayətkarların sayından narahat olduqlarını bildiriblər.
Əfv olunan 41 yaşlı Dmitri Zelenski universitet məzunu Tatyana Melexinanı əvvəlcə boğub, sonra isə gənc qadının cəsədini parçalayıb. Qətlin həyata keçirilmə tərzi hətta peşəkar detektivləri də şoka salıb. Qatilin qadının cəsədini parçalamaqla yanaşı, ət-sümüyünü də ayıraraq qiymə hazırladığı bildirilib.
Dəhşətli qətlə görə Dmitri Zelenski 11 il həbs cəzası alıb.
Aygün
Manşet.az