Aslanın hücumuna məruz qalan zoopark işçisi öldü

10:27 - 29 Sentyabr 2023

Aslanın hücumuna məruz qalan zoopark işçisi öldü

Yaponiyanın Tohoku Safari Parkında aslan qəfəsində olan heyvan baxıcısı aslanın hücumuna məruz qalaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilərək parkın xidmətinin dayandırıldığı açıqlanıb.

Həyatını itirən 53 yaşlı heyvan baxıcısı Kato Keniçinin boynunda qanaxma aşkarlanıb. O, 25 ildən artıqdır ki, safari parkında çalışırmış.

Təhlükəsizlik kamerası görüntülərindən aslanın heyvan baxıcısına hücum etdiyi müəyyən edilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az