Pakistanda səhər saatlarında 52 nəfərin ölümü ilə nəticələnən bombalı hücumdan sonra Hayber Paxtunxva əyalətində cümə namazı zamanı məsciddə həyata keçirilən bombalı hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hayber-Paxtunxva əyalətinin Hanqu şəhərində məsciddə cümə namazı zamanı həyata keçirilən bombalı hücumda partlayışın gücündən məscidin damı uçub.
Əraziyə polis və təcili yardım qrupları göndərilib. Hadisə zamanı məsciddə 30-40 nəfərin olduğu bildirilib.
Aygün
Manşet.az