Macarıstanın baş naziri Viktor Orban hər cümə günü dövlət radiosuna cari məsələlərlə bağlı verdiyi açıqlamalar zamanı Ukraynanın Aİ-yə üzvlük prosesini dəyərləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Orban müharibənin davam etdiyi Ukrayna üçün Avropa İttifaqına üzvlük prosesinin başlanmasının real olmadığını müdafiə edərək, Brüsselin Kiyev administrasiyası ilə yaxın gələcəkdə Aİ-yə üzvlük üçün danışıqlara başlamasının ehtimalını şübhəli hesab etdiyini bildirib.
Aİ-yə yeni üzv olmaq üçün 27 üzv ölkənin yekdilliyinə ehtiyac olduğunu qeyd edən Orban, 2 il ərzində İttifaqa daxil olmağı hədəfləyən Ukraynanın üzvlüyü ilə bağlı Macarıstan parlamentində səsvermənin keçirilməli olduğunu bildirib. Orban bu iddialı planlara ehtiyatla yanaşdığını qeyd edib.
"Parlamentdə olduğum müddətdə Macarıstan parlamentinin iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs verməsi üçün böyük bir istək hiss etmirəm. Buna görə də bu iddialı planlara ehtiyatla yanaşıram", - Orban deyib.
Aygün
Manşet.az