Putindən Vaqnerə cəbhədə yeni vəzifə

17:33 - 29 Sentyabr 2023

Putindən Vaqnerə cəbhədə yeni vəzifə

Rusiya lideri Putin “Vaqner” muzdlu dəstəsinin ən yüksək rütbəli keçmiş komandirlərindən biri, Priqojinin köməkçisi Andrey Troşevlə görüşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin Troşevə Ukrayna cəbhəsindəki könüllü qoşunları yoxlamağı tapşırıb.

Putin Rusiya Müdafiə Nazirliyində işlədiyi deyilən Troşevə “xüsusən də xüsusi hərbi əməliyyat zonasında müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yarada biləcəyini” də deyib.

“Siz döyüş işinin ən yaxşı və uğurlu gedişi üçün əvvəlcədən həll edilməli olan məsələləri bilirsiniz”, - Putin əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov RİA xəbər agentliyinə açıqlamasında bildirib ki, Troşev hazırda Müdafiə Nazirliyində işləyir. Troşev 2015 və 2016-cı illərdə Suriyada hökumət qüvvələrinə dəstək verən Vaqner komandiri roluna görə Rusiya Qəhrəmanı mükafatına layiq görülüb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az