Rusiya İrandan ballistik raketlər ala biləcək

17:36 - 29 Sentyabr 2023

Rusiya İrandan ballistik raketlər ala biləcək

İran və Rusiyanın yüksək rütbəli hərbi rəsmiləri 2023-cü ilin avqust və sentyabr aylarında Moskva və Tehranda İran silahlarını nəzərdən keçiriblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyənilməsi İnstitutu bildirib.

Sözügedən İnstitutun dərc edilən məqaləsində İran-Rusiya əlaqələri başlıqlı hissə yer alıb.

Bildirilib ki, oktyabrın 18-də BMT-nin İrana qarşı raket məhdudiyyətlərinin başa çatmasından sonra İran və Rusiya pilotsuz uçuş aparatları və raket satışı müqaviləsi bağlaya bilər.

Məlumata görə, İrana tətbiq edilən sanksiyalardan sonra İran istehsalı “Fəttah-110” və “Zülfüqar” ballistik raketlərinin dövriyyəsi üçün Tehran və Moskva razılığa gələ bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az