NASA araşdırmasını açıqladı - Nyu York dağılır

18:28 - 29 Sentyabr 2023

NASA araşdırmasını açıqladı - Nyu York dağılır

Nyu-Yorkun göydələnlərin üstünlük təşkil etdiyi bəzi hissələrinin daha sürətli çökdüyü müəyyən edilib.

 

Manset.az xarici  KİV-ə istinadən xəbər verir ki, NASA-nın Jet Propulsion və Rutgers Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Nyu York şəhərinin hər il 1,6 millimetr çökdüyü paylaşılıb.

Tədqiqatçılar, dəniz suyunun səviyyəsinin yüksəlməsi səbəbiylə şəhərin çökmə riskinin daha da pisləşdiyinə diqqət çəkərək, sahil bölgəsindəki əhalini və mülkləri sahil daşqınlarından qorumağın Nyu York üçün getdikcə çətinləşən bir vəziyyət olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin (USGS) may ayında apardığı araşdırmada göydələnlərin hakim olduğu şəhərdə 1 milyon binanın 764 milyon ton ağırlığında olduğu, Nyu Yorkun hər il 1-2 millimetr çökdüyü bildirilmişdi.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az