Bu ağacın əkilməsi qadağan oldu - Bu səbəbə görə....

18:46 - 29 Sentyabr 2023

Bu ağacın əkilməsi qadağan oldu - Bu səbəbə görə....

Hindistanda Qucarat ştatının yerli hökuməti “konakarpus” ağaclarının yetişdirilməsini qadağan edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan hökuməti bu qərara səbəb kimi bu ağacların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlər gösdərdiyini bildirib.

Araşdırma hesabatları bu növün ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini üzə çıxarıb. Qışda çiçək açan bu ağac tozcuqları yaxın ərazilərə yayır. Bu polenlərin soyuqdəymə, öskürək, astma və allergiya kimi problemlərə səbəb olduğu bildirilir.

Bu bitkinin yarpaqlarını yeyən heyvanlar üçün yararsız olduğu da bildirilir.

Qeyd edək ki, son illərdə Hindistanda yerli olmayan bitkilərin becərilməsinə tez-tez qadağalar qoyulur.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az