Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
Məlumata görə, 2 polis əməkdaşı yüngül xəsarət alıb.
***
Hazırda polis qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.
Təhlükəsizlik səbəbilə Atatürk Bulvarında nəqliyyatın hərəkəti dayandırılıb.
***
Türkiyədə terrorçuların DİN-in binasına hücumunun görüntüsü yayılıb.
Həmin videonu təqdim edirik:
12:31
Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
Manset.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb