İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi

09:05 - 02 Oktyabr 2023

İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi

Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarılıb.

 

Manset.az

xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.

Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az