Dünyaca məşhur brend rəsmi olaraq bağlandı  

10:53 - 02 Oktyabr 2023

Dünyaca məşhur brend rəsmi olaraq bağlandı  

Dünyanın ən böyük polad istehsalçılarından biri Yapon Nippon Seitetsu şirkəti tələbatın azalması səbəbindən bağlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 72 ildir xidmətdə olan Kürə obyekti II Dünya Müharibəsinin sonuna qədər İmperator Donanmasının əsas gəmiqayırma zavodu kimi fəaliyyət göstərib.

Həm dünyada, həm də Yaponiyada ən böyük polad istehsalçılarından biri kimi tanınan Nippon Seitetsunun müəssisələrində 3300 işçi çalışırdı.

Nippon Seitetsu əvvəllər müəssisənin istehsal həcmini azaltmışdı, çünki yerli və xarici müştərilər, o cümlədən avtomobil istehsalçıları istehsalı xaricə köçürmüşdülər.

Nippon Seitetsu hazırda Yaponiyada 11 yüksək sobaya malikdir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az