Nigeriyanın Delta əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib.
Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Yaralıların müalicə altına alındığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artacağından narahat olduqlarını ifadə ediblər.
Aygün
Manşet.az