Meksikanın Tamaulipas ştatında ibadət zamanı kilsənin damının uçması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dağıntılar altında qalan 30 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Açıqlamada kilsədə təxminən 100 nəfərin olduğu qeyd edilib.
Damın "struktur problemi" səbəbindən çökdüyü bildirilib. Yerli mediada dərc olunan fotolarda kilsənin damının demək olar ki, yerlə birləşdiyi görünür.
Aygün
Manşet.az