Dünyanın ən nüfuzlu mükafatlarından biri olan tibb üzrə Nobel mükafatı bu il öz sahibini tapıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Katalin Kariko və Drew Weissman MRNA peyvəndi üzərində işlərinə görə 2023-cü il tibb üzrə Nobel mükafatına layiq görülüblər. Qalib alimlər 11 milyon İsveç kronu (təxminən 1 milyon dollar) məbləğində pul mükafatını bölüşəcəklər.
Oktyabr ayında fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində Nobel mükafatları veriləcək. Mükafatın məbləği bu il İsveç kronunun ucuzlaşması səbəbindən 1 milyon kron artırılıb.
Aygün
Manşet.az